EN

“Dünəndən 52 min müəllimin maaşı artıb” - Qiorqi Amilaxvari

Yazını böyüt
Yazını kiçilt

“Müəllimlər üçün yeni əməkhaqqı siyasəti iyulun 1-dən etibarən qüvvəyə mindi”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın təhsil naziri Qiorqi Amilaxvari açıqlayıb. O, müəllimlərin maaşlarının misli görünməmiş artımı ilə bağlı bütün normativ aktların iyulun 1-dən artıq qüvvəyə mindiyini bildirir.

“Bizim öz fənləri üzrə səriştəliliyini sübut edən statuslu 52 min ictimai məktəb müəllimimiz var. Bu müəllimlərin 70 faizinin, yəni təxminən 40 min müəllimin maaşı ən azı 500 -800 lari arasında artırılıb. Müəllimlərdən 25 faizinin maaşı təxminən 300-400 lari, 5 faizinin maaşı isə ən azı 200 lari artırılır” deyən nazir əlavə edib: “Onlar üçün istər ümumi bacarıq imtahanı, istərsə də portfolio təsdiqi və sair kimi bütün bürokratik məsələlərin aradan qaldırılması qərarı müəllimlərimizin uzunmüddətli tələbi, eləcə də həmin təcrübənin təhlili və dərin araşdırmalara əsaslanır. Biz hər bir müəllimə etimadımızı bildiririk və onlara əməyə əsaslanan ədalətli bölgü prinsipinə uyğun olaraq yeni əlavələrlə maaş veririk”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
hafta.az

1Sources