EN

“Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib - FOTOLAR

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. Onun sözlərinə görə, seminarın açılışında Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov hemofiliyalı vətəndaşların paytaxta getmədən yaşadıqları regionda müalicələrinin təşkilinin vacibliyini bildirib: "Son 1 il ərzində dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verdim, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğuladım. Seminarda uzun illər Fizioterapiya şöbəsinin müdiri vəzifəsində çalışmış Yeganə Əzizova "Hemofiliyalı xəstələrdə oynaqdaxili qanaxmaların fəsadlarının aradan qaldırılmasında fizioterapiyanın rolu", Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkimi Firəngiz Nəzərli "Hemofiliya xəstəliyinə yanaşma", Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ailə həkim-pediatrı Vüsalə Qafarzadə "Hemofiliyalı xəstələrə pediatrik yanaşma", Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-stomatoloqu Elnurə Mirzəyeva "Hemofiliyalı xəstələrdə stomatoloji yardım və onun həyata keçirilmə aspektləri" Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Şəmsi Əhmədov “Hemofiliyalı xəstələrin cərrahi müalicəsi” mövzusunda çıxış ediblər".

Ayaz Hüseynov həmçinin bildirib ki, daha sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Elmira İsmayılova, fizioterapevt Yeganə Əzizova, stomatoloq Elnurə Mirzəyeva və həkim-hematoloq Firəngiz Nəzərli Şirvan şəhər ərazisində yaşayan hemofiliyalı pasiyentəri müayinə edərək konsultasiya keçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
qht.az

1Sources