EN

TƏBRİK: DAXİLİ İŞLƏR NAZİRİ, GENERAL-POLKOVNİK CƏNAB VİLAYƏT EYVAZOVA

Cənab Nazir!

Sizi və Daxili İşlər Orqanlarının bütün əməkdaşlarını 2 iyul peşə bayramı  münasibətilə ürəkdən təbrik edir, Sizə və rəhbərlik etdiyiniz təşkilatın  bütün əməkdaşlarına yeni-yeni uğurlar arzulayıram.

Cənab Nazir!

Qarabağ müharibələrində Azərbaycan Polisi 900-dən artıq şəhid vermiş, onlardan  62-si Milli Qəhrəman adına layiq görülmüş, 400-dən də çox  polis qazi olmuşdur. 
2023-cü ildə Qarabağda separatizmin kökünün kəsilməsində Azərbaycan Polisi qəhrəmanlıq nümayiş etdirmişdir. 

İndiyədək neçə-neçə  polis əməkdaşı cinayətkarlıqla mübarizədə xalqımızın əmin-amanlığını, vətənimizin asayişini qorumaq naminə öz şirin canından  keçmişdir. Elə sonuncu hadisə, Xəzər rayonunda üç gənc polis əməkdaşı xalqa və dövlətə açılan atəşə sinəsini  sipər etmiş və qəhrəmancasına həlak olmuşdur. 
Son illər narkotiklərə qarşı polisimizin apardığı mübarizəni də  xüsusi qeyd etmək istərdim. 

Hazırda azad olmuş  torpaqlarda yayın istisində, qışın şaxtasında, qarında Azərbaycan Polisi fədakarlıqla xidmət edir. 

Cənab Nazir!

Bir daha Sizi və Daxili İşlər Orqanlarının bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir və dövlətimizin, xalqımızın asayişinin qorunmasında daha böyük uğurlar arzulayıram. 

Hörmətlə:
Aqil ABBAS,
Millət vəkili, yazıçı

 

Chosen
48
adalet.az

1Sources