Bu gün AVRO-2024-ün 1/8 final mərhələsinə yekun vurulacaq.
İdman.biz xəbər verir ki, 1/4 finalın son iştirakçısı Leyptsiqdə bəlli olacaq.
Qardaş Türkiyə yığması Avstriya ilə üz-üzə gələcək. Öz qrupunda ikinci olan “ay-ulduzlular” Fransa və Niderlandla eyni “dördlük”də 1-ci yeri tutan rəqibi dayandırmağa çalışacaq.
Qeyd edək ki, 1/4 final mərhələsi iyulun 5-də başlayacaq.
AVRO-2024
1/8 final
2 iyul
23:00. Avstriya – Türkiyə
Baş hakim: Artur Diaş (Portuqaliya)
Leyptsiq Ştadium
İdman.biz