EN

"Alimentini və sosial problemlərini..." - Qız övladı olacaq deyə küçəyə atılan qadına dəstək

Azərbaycanda qız övladı olacaq deyə bətnindəki körpəsiylə küçəyə atılan 36 yaşlı Tahirənin başına gələnlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Üç övladı olan ana altı ildir ki, müxtəlif çətinliklərlə üzləşdiyini bildirib.




Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bu hadisəyə görə təəssüfləndiyini və həmin qadına kömək etməyə hazır olduqlarını bildirib:


O, bu cür halların savadsızlıqdan irəli gəldiyini bildirib:


“Bizim təşkilata müraciət etsin, o xanıma əlimizdən gələn köməyi etməyə hazırıq. Bu necə yanaşmadır? Qız uşağı dünyaya gətirdiyinə görə qadını küçəyə atmaqmı olar? Sanki buna səbəbkar qadındır. Qadın savadız kişinin əlinə düşəndə haqsız yerə ittiham olunur. Biz o qadının aliment məsələsini və digər sosial problemlərini həll edərik. Bu, qəddarlıqdan başqa bir şey deyil”.




Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
bakupost.az

1Sources