EN

“Maarifçi” təcrübə proqramını uğurla bitirənlərin 7-si BDU-nun tələbə və məzunudur

“Maarifçi”

Bakı, 2 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla bitirənlərin 7-si Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunudur.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və üç ay davam edən “Maarifçi” proqramını 25 nəfər müvəffəqiyyətlə bitirib.

Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
8
azertag.az

4Sources