EN

Çin XİN NATO-nu Ukrayna böhranının səbəblərindəki rolu barədə düşünməyə çağırıb

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, NATO Ukrayna böhranının səbəblərindəki rolu barədə düşünməlidir.

Bu barədə Huanqiu xəbər agentliyi məlumat yayıb .

“NATO münaqişələrin günahını başqa tərəflərə ataraq məsuliyyətdən yayınmaq əvəzinə, Ukrayna böhranının əsas səbəbləri və təşkilatın Avropada və dünyada sülh və təhlükəsizlik üçün nə etdiyi barədə düşünməlidir”, - deyə Mao Ninq qeyd edib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ÇXR həmişə sülh danışıqlarını təşviq edib və Ukrayna böhranının siyasi həllinə yardım edib

Chosen
134
aznews.az

1Sources