EN

Avstraliyanın baş naziri NATO sammitində iştirakdan imtina edib

Bakı. Trend:

Avstraliyanın baş naziri Entoni Albaneze NATO-nun Vaşinqtondakısammitində iştirakdan imtina edib.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sammitdə Avstraliyanı baş nazirin müavini,müdafiə naziri Riçard Marlz təmsil edəcək. Baş nazirin isə daxiliməsələlərə fokuslanmağı planlaşdırdığı qeyd olunub.

Bəzi müşahidəçilər Albanezenin qərarını qınayıblar. Onlarınfikrincə, dünyada və regionda təhlükəsizliklə əlaqədar problemlərinəzərə aldıqda baş nazirin NATO sammitində iştirakı vacibdir.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq təşkilatınAsiya-Sakit Okean regionu ölkələri ilə əməkdaşlığı genişləndirməkniyyətində olduğunu və bunların arasında Avstraliya, YeniZelandiya, Cənubi Koreya və Yaponiyanın yer aldığını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
3
az.trend.az

4Sources