EN

Valideynlərin NƏZƏRİNƏ: Məktəbəhazırlıq qruplarına  qəbul vaxtı AÇIQLANDI

Valideynlərin Valideynlərin NƏZƏRİNƏ: Məktəbəhazırlıq qruplarına

İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

E-saglam.az xəbər verir ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına bu il 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

E-saglam.az

Chosen
55
13
e-saglam.az

10Sources