EN

Sadır Japarov Quterreşlə görüşüb

BMT ilə əməkdaşlıq Qırğızıstanın xarici siyasətində perspektivli istiqamətdir. KNIA Kabar xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində BMT-nin baş katibi Antonio Quterreşlə görüşdə deyib. Məlumatı “Anadolu” verib. 

“Heç kim mübahisə edə bilməz ki, BMT ən universal beynəlxalq təşkilatdır. BMT-nin fəaliyyəti sülhün qorunmasına və qlobal, sosial və iqlim dəyişikliyinin inkişafına yönəlib. Qırğızıstanın BMT-yə üzv olduğu ilk günlərdən bu qurumla əməkdaşlıq ölkənin xarici siyasətində perspektivli istiqamət olub”, - deyə Japarov bildirib.

Dövlət başçısı qeyd edib ki, Qırğızıstan bütün beynəlxalq təşəbbüsləri tam məsuliyyətlə həyata keçirir. Onun sözlərinə görə, Bişkek BMT ilə çoxtərəfli əlaqələrin səviyyəsini yüksək qiymətləndirir: “Təşkilatla bütün əlaqələrimiz uzunmüddətli əməkdaşlıq üçün bütün tələblərə cavab verir”.

Prezident qeyd edib ki, ölkəsinin uzunmüddətli strategiyalarına daxil edilmiş və dövlət siyasətinin əsasını təşkil edən BMT-nin davamlı inkişaf məqsədləri Bişkek tərəfindən fəal şəkildə həyata keçirilir.

P.ƏMİRCANOV
XQ

Chosen
100
xalqqazeti.az

1Sources