EN

Bakıda qaynatası tərəfindən doğranılan gəlinin dağıdılmış ƏŞYALARI: "Kravatın başında bacımın saç tellərini..." - TƏFƏRRÜAT/ VİDEO  

"Bacımın mebellərini gətirməyə gedəndə bütün əşyalarını dağıdılmış formada gördük".

Bunu Referans.az-a Bakıda qətlə yetirilərək zibil qutusuna atılan 32 yaşlı Banu Məhərrəmovanın bacısı açıqlamasında bildirib.

O sözlərinə belə davam edib:

“Bacımın “veş”lərini çıxarmaqçün yaşadığı evə getdik. Mənim evə girməyini istəmədilər, dedilər ki, ancaq kişilər gəlsin. Fəhlələr əşyaları gətirdilər, bir dənə də paltar ıyox idi. Ustalar bacımın əşyalarını daşımağa gələndə əşyaları, mebelləri dağılmış, yırtılıb-deşilmiş görüblər. O zaman bizə zəng edib, videonu çəkib atdılar ki, baxın vəziyyət belədir. Qayınanasıgil deyib ki, evə oğru girib. Deyəsən oğru bacımın yaşadığı iki otağa giribmiş”.  

Mərhumun bacısı bildirib ki, kravatın baş hissəsindən bacısının saç tellərini tapıb: “Bacımın saçını tanıyıram, qara qıvrım saçları var idi. Bacımın uşaqlarını bizə göstərmədilər. Banunun qətli ilə bağlı anamla ilə yenidən müraciət etdik, amma, bizə heç bir cavab gəlmədi”.

Qeyd edək  ki, 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin atılması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.

İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. İdris Məhərrəmova 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.  


Şəlalə Babayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
referans.az

1Sources