EN

Ditmar Hamann Kristiano Ronaldonu “ağ yuyub, qara sərdi”

Almaniya yığmasının keçmiş yarımmüdafiəçisi Ditmar Hamann Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldonu tənqid edib.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Hamann Ronaldonun AÇ-2024-ün 1/8 finalında Slovakiya yığması ilə oyunda davranışını hoqqabazlıq olaraq qiymətləndirib.

O, ulduz futbolçunun ancaq özünə diqqət çəkmək fikrində olduğunu vurğulayıb.

Xatırladaq ki, əsas və əlavə vaxtı “quru” (0:0) hesabla bitmiş bu oyunda Ronaldo 105-ci dəqiqədə penlatidən qol vurmaq imaknını əldən verib. Onun zərbəsini rəqib qapıçı Yan Oblak dəf edib. Ronaldo oyunsonrası penaltilər silsiləsində isə ilk zərbəni dəqiq yerinə yetirərək, komandasının qələbəsinə (penaltilərlə 3:0) öz töhfəsini verib.

“39 yaşlı futbolçu 120 dəqiqə oynayır və penaltini gerçəkləşdirmir. Deməliyəm ki, Ronaldonun indi komanda oyunçusu olduğu bütün bu “bidət”ə inanırdım, çünki onun komandaya həmişəkindən daha çox ehtiyacı varmış. İnanırdım, amma düşünürəm ki, bu gün o, əsl sifətini göstərdi. Penaltini əldən verir, meydanda ağlayıb-sızlamağa başlayır, əlavə vaxtın fasiləsində göz yaşı tökür. Mən isə düşünürəm: “Hər şey sənin ətrafında fır-fır fırlanır”. Bir komandada 26 oyunçu, 20 məşqçi, tribunada 30 və ya 40 min azarkeş var – hər şey sənin ətrafında dövr etmir. Mən afaqi olmağa çalışıram, amma bu qarşılığın utancverici olduğunu düşündüyüm üçün Sloveniya yığmasına azarkeşlik edirdim. Mən heç vaxt belə bir şey görməmişəm ki, çünki duyğularını göstərməyə başlayan kimi, hisslərə qapılan kimi, bu, sondur. Onun şan-şərəfinə hörmətlə, Ronaldo silsilədə ilk penaltini vurdu və o, bunu yaxşı yerinə yetirdi. Amma dediyim kimi, Ronaldonun komanda oyunçusu olması ilə bağlı bütün bu cəfəngiyyata inanırdım, bu başdan-ayağa cəfəngiyyat, bilmərrə hoqqabazlıqdır. O, ancaq özü haqqında düşünür”, deyə Ditmar Hamann vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
arena.az

1Sources