EN

İran səfirliyi Azərbaycana təşəkkür edib

Bakı. Trend:

İranın Azərbaycandakı səfirliyi İranda 28 iyunda keçirilənprezident seçkiləri ilə əlaqədar yaradılan şəraitə görə Azərbaycanadərin minnətdarlığını bildirib.

Trend-in məlumatına görə, bu barədə İran səfirliyinin mətbuatxidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İran İslam Respublikasının Bakıdakısəfirliyi 14-cü prezident seçkilərinin birinci turunda Azərbaycandayaşayan iranlıların iştirakını yüksək qiymətləndirməklə yanaşı,sözügedən seçkilərin keçirilməsi üçün münasib şəraitin vəplatformanın yaradılmasında göstərdiyi əməkdaşlığa və yardıma görəAzərbaycan Respublikası hökumətinə dərin minnətdarlığınıbildirir.

İran səfirliyi bildirib ki, Azərbaycan hökumətinin razılığı ilə14-cü prezident seçkilərinin ikinci turu, 2024-cü il iyulun 5-dəsaat 8:00-dan 18:00-dək, Şərifzadə küç. 269 ünvanında yerləşənsəfirliyin konsulluq şöbəsinin binasında keçiriləcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
11
az.trend.az

10Sources