Aktyor Ceymi Foks xəstəxanaya yerləşdirilməsinə səbəb olan müəmmalı xəstəliyin 2023-cü ildə necə başlamasından danışıb.
Qaynarinfo xəbər verir ki, internetdə aktyorun restoranda dostları ilə videosu yayılıb.
"Ötən il aprelin 11-də başım şiddətli ağrımağa başladı, köməkçimdən dərman istədim... Və 20 gün huşumu itirdim", deyə aktyor bildirib.
Foks 20 gün xəstəxanada qalması ilə bağlı heç nə xatırlamadığını deyb. Həkimlər ona beynində "nəsə baş verdiyini" izah ediblər. Amma hələ də konkret diaqnoz qoya bilməyiblər.
Foks 2023-cü ilin aprelində xəstəxanaya yerləşdirilib. O, xəstəxanada yatmasını "cəhənnəm" kimi təsvir edib.
Aydın