EN

Avro-2024: Türkiyə millisi 1/4 finalda!

Bu gün AVRO-2024-ün 1/8 final mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, 1/4 finalın son iştirakçısı Leypsiqdə bəlli olub.

Qardaş Türkiyə yığması Avstriya ilə üz-üzə gəlib. Görüşün favoriti avstriyalılar olsalar da, “ay-ulduzlular” 2:1 hesabı ilə qalib gəliblər. Türkiyə millisinin hər iki qoluna müdafiəçi Merih Demiral imza atıb.

Qeyd edək ki, 1/4 final mərhələsi iyulun 5-də başlayacaq.

Chosen
145
2
msport.az

2Sources