EN

ABŞ-la Cənubi Afrika arasında əməkdaşlıq genişləndiriləcək

ABŞ prezidenti Co Bayden ilə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa zənc edib. Telefon danışığı zamanı iki ölkə arasındakı əlaqələr müzakirə olunub. Bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden və Ramafosa "ABŞ və Cənubi Afrika arasında gələcək tərəfdaşlıq sahələrində, o cümlədən G20-də liderlik də daxil olmaqla ikitərəfli münasibətləri müzakirə ediblər". "ABŞ və Cənubi Afrika artan iqtisadi rifah, iqlim böhranı ilə mübarizə və səhiyyə sistemlərinin gücləndirilməsi də daxil olmaqla əməkdaşlığı dərinləşdirməyə və ortaq maraqları inkişaf etdirməyə sadiqdirlər"- mətbuat xidmətinin məlumatında qeyd edilib.

Bayden həmçinin Ramafosanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib və Cənubi Afrikanın milli birlik hökumətinin formalaşmasını alqışlayıb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
oxumeni.az

1Sources