EN

Beyləqanda ağır QƏZA: Ölənlər və yaralananlar var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Bizim.Media-nın yerli müxbirinə verilən məlumata görə, qəza zamanı ölən şəxslər Beyləqan rayon Şahsevən kənd sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Məcid Şahlar oğlu, Əbilov Nəsimi Novruz oğlu, Beyləqan Rayon Mərkəzi xəstəxanasının tibb bacısı, 1965-ci il təvəllüdlü Hüseynova Sabirə Sümbət qızı, onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Hüseynov Nizami İsa oğlu və 1987-ci il təvəllüdlü Vəliyev Hafiz Fəyyaz oğludur.

Yaralılar isə Beyləqan rayon sakinləri - 1978-ci il təvəllüdlü Xankişiyev Ramiz Əli oğlu, 1987-ci il təvəllüdlü Hüseynova Nərgiz Nizami qızı, 1990-cı il təvəllüdlü Bəndəliyev İmaməddin Murtuza oğlu, Bakı sakinləri - 2017-ci il təvəllüdlü Məlikzadə Raul Vüsal oğlu və 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğludur. Baş vermiş hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
38
bizim.media

10Sources