EN

Çin Honq Konqa iki panda hədiyyə edəcək

Yazını böyüt
Yazını kiçilt

Honq Konqun Çinə birləşdirilməsinin 27-ci ildönümü münasibətilə rəsmi Pekin Honq Konqa iki nəhəng panda hədiyyə edəcək.

Hafta.az-ın yazdığına görə, bu haqda bildirən Honq Konq Xüsusi İnzibati Bölgəsinin rəhbəri Con Li hədiyyənin "Çinin şəhəri dəstəklədiyini və qayğısına qaldığının sübutu" olduğunu, pandaların bir neçə ay ərzində gələcəyini söyləyib.

Li, keçən mart ayında qəbul edilmiş yeni Milli Təhlükəsizlik Qanununu alqışladığını söyləyib və bu, 2020-ci ildə qüvvəyə minmiş bütün fikir ayrılıqlarını yatırtmaq üçün sərt Milli Təhlükəsizlik Qanununu gücləndirir. Li çıxışında bu tədbirin "konstitusiya məsuliyyətinə və tarixi bir missiyaya" cavab verdiyini söyləyib.

O, həyata keçirdiyi siyasətin “qeydiyyata alınan daşınmaz əmlak əməliyyatlarının sayının əhəmiyyətli dərəcədə artmasına və daşınmaz əmlak bazarının sabitləşməsinə” səbəb olduğunu vurğulayıb.

“South China Morning Post” qəzetinə görə, bazar ertəsi şəhərə 4 mindən çox polis təyin edilib.

AFP-nin məlumatına görə, Britaniyanın keçmiş müstəmləkəsi olan Honq-Konq 1997-ci ildə “bir ölkə, iki sistem” prinsipi əsasında Çinə qaytarılıb və bu, onun geniş muxtariyyət və əsas azadlıqlardan istifadə etməsini təmin etmək məqsədi daşıyır.

Chosen
55
hafta.az

1Sources