EN

FİF-in rəhbəri reallaşdırdıqları layihələrdən və gələcək planlardan danışdı

"Futbolun İnkişaf Fondu ilin əvvəlindən etibarən yanaşmasını bir qədər dəyişərək, klublarla individual əməkdaşlıqları davam etdirməklə yanaşı, bütün region klublarının dəstəkdən faydalanması məqsədini qarşısına qoyub. Region təmsilçiləri coğrafi yerləşməsinə əsasən 4 qrupa bölünüb. Hər qrup üzrə strateji planlama, marketinq-kommunikasiya və gəlirlər sahələri üzrə dəstək göstərməyi planlayırıq. Ötən mövsüm Gəncədə 7 klub nüməyəndələrinin iştirakı ilə "Strateji planlama" mövzusunda seminar baş tutub. Növbəti mövsümdə də qeyd olunan mövzularla bağlı region klubları ilə seminarların keçirilməsi planlaşdırılır". Bu sözləri Sport24.az-a açıqlamasında FİF-in rəhbəri Tural Piriyev deyib.
Fond rəhbəri sponsorlarla danışıqların davam etdiyini də vurğulayıb: "Ötən mövsüm Futbolun İnkişaf Fondunun "Biznes klub" layihəsinə "Zaqatala"da start verilib. Əsas hədəf bölgə klubuna dəstək göstərmək istəyən, lakin sponsor olmağa hələ ki, hazır olmayan sahibkarlara imkan yaratmaqdır. Bu platforma klub üçün əlavə maliyyə kanalı yaratmaqla yanaşı, sahibkarlarla daimi ünsiyyət saxlamaq baxımından faydalıdır. Paralel olaraq 3 regionda layihə ilə bağlı planlama işlərimiz davam edir. Əməkdaşlıq etdiyimiz region klublarının fərqli xüsusiyyətləri olduğu üçün hər biri ilə fərqli şəkildə işlər davam etdirilir. Ötən mövsüm klublarla birgə oyun günü təşkili və gəlirlərin diversifikasiyası sahəsində əməkdaşlıqlarımız növbəti mövsümdə də davam edəcək. Artıq klublar ilə 2024/2025-ci illər mövsümünə hazırlıqla bağlı danışıqlar gedir. Fərqli klublarla bağlı sponsorluq danışıqları da davam edir".
 
Piriyev "Zaqatala" nümunəsini digər klublara da tətbiq etmək istədiklərini bildirib: "Gəlirlərin diversifikasiyası - gəlir kanallarının sayının artırılması bizim üçün vacib mövzulardandır. Hazırda ən yaxşı nümunələrdən biri "Zaqatala"dır. Kluba baş sponsor cəlb edilməsi ilə yanaşı "Biznes klub" layihəsinə start verilib, oyun günü gəlirlərinin də formalaşdırılması ilə klubun faktiki gəlir kanallarının sayı dövlət proqramı ilə birlikdə 4-ə çatdırılıb. Hazırda baş sponsorla uzunmüddətli planlar barədə müzakirələr davam edir. Bununla yanaşı, kluba barter əsaslı tibbi dəstək tərəfdaşı cəlb olunub, yaxın günlərdə başqa bir sahə üzrə də tərəfdaş cəlb edilməsi gözlənilir. Oxşar nümunəni digər klublarda da tətbiq etmək istəyirik".
 
FİF 2024/25 "Futbol ili"ndə yeni layihə reallaşdırmağı da düşünür: "Klub əməkdaşlarının bilik və bacarıqlarının artırılması, strukturlarının təkmilləşdirilməsi sahəsində də dəstək göstəriləcək. Yeni layihələrimiz olan "SMM dəstək layihəsi" bu gün 4 region futbol klubunun nümayəndəsinin iştirakı ilə başlayıb. Layihədə "Turan Tovuz", "Mingəçevir", "İmişli" və "Sheki City" klublarının nümayəndələri iştirak edir. Layihənin məqsədi region klublarının sosial media hesablarının analizi aparılaraq, daha düzgün və professional şəkildə idarə olunmasında dəstək göstərməkdir.ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
sport24.az

1Sources