EN

“Yükdaşıma qaydalarını pozan sürücülər 40 manat cərimə oluna bilərlər”-ARAŞDIRMA+ÖZƏL

“Yüklərin daşınması qaydası yol hərəkəti haqqında qanunun 57-ci maddəsində öz əksini tapıb. İstənilən avtomobilin sürücüsü yük daşıyarkən həmin qaydalara riayyət etməlidir. Bu yükdaşıma qaydaları bütün avtomobillərə aiddir. Yük avtomobilinin sürücüsü də həmin qaydalara əməl etməlidir, minik avtomobilin sürücüsü də, hətta avtobus sürücüsü də” 
 
Bunu Moderator.az-a açıqlamasında ekspert Ərşad Hüseynov deyib. O daha sonra əlavə edib.
“Qaydalar da çox sadədir. Sürücü istehsalçının icazə verdiyi yükdaşıma kütləsini pozmamalıdır. Yüklərin nəqliyyat vasitəsinin qabarit kənarlarından çıxmasının yol verilən hədləri var. Avtomobilin sağından, solundan, qabağından, arxasından kənara çıxmasına yol verən hədlər pozulmamalıdır. İcazə verilən hündürlük var ki, o pozulmamalıdır. Dağılmamalıdır, yola səpilməməlidir. Həmin yüklər avtomobilin işıq cihazlarının, dövlət qeydiyyat nişanının üstünü bağlamamalıdır. Minik avtomobillərin və mikro avtobusların damında yükdaşıma üçün xüsusi qurğu var. Oranı da həddindən artıq yükləmək olmaz. Sürücülər yükdaşımanın təhlükəsizliyinə riayyət etməlidirlər. Yükdaşımanın ümumi qaydalarının pozulmasına görə sürücü 40 manat cərimə oluna bilər” deyə o bildirib.
 
Ərşad Hüseynov həmçinin natəmizlik ucbatından dövlət qeydiyyat nişanı görünməyən avtomobil sürücülərindən də danışıb.
“Bizdə standart var, o göstərir ki, nəqliyyat vasitələrinin qeydiyyat nişanı dayanmış nəqliyyat vasitəsinin müstəvisinə perpendikulyar olaraq baxanda ən azı 40 metr məsafədən görünməlidir. Görünməni təmin etmək ilk növbədə sürücünün borcudur. Buna görə 40 manat cərimə nəzərdə tutulur. Ona görə də sürücülər qeydiyyat nişanlarını təmizləməlidirlər. Amma bir incəlik də var, elə olur ki, uzaq məsafə qət olunur və həmin məsafədə palçıq davam edir. 2 dəqiqədən bir sürücü bunu təmizləyə bilməz. Əgər bu halı dövlət yol polisi görərsə orada cərimə tətbiq etməkdənsə, yaxşı olar ki, yol polisi sürücüyə xəbərdarlıq etsin ki, zəhmət olmasa dövlət qeydiyyat nişanını təmizlə. O ki, qaldı işıq cihazlarına.. İşıq cihazlarının çirklənməsi səbəbindən buna görə heç bir sürücü məsuliyyətə cəlb oluna bilməz. Sadəcə olaraq bu sürücünün özü üçün təhlükəlidir” deyə ekspert bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
moderator.az

1Sources