BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda səfərdədir.
Bu barədə yerli KİV məlumat yayıb.
Təşkilatın Almatıdakı nümayəndəliyindən verilən məlumata görə, A.Quterreşin səfər proqramına ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüş, həmçinin “ŞƏT plus” sessiyasında çıxışı daxildir.
BMT-nin Baş katibi iyulun 4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə dəvət olunub.
"Cebhe.info"