EN

Əmək Nazirliyi əlilləri işə cəlb edəcək

Yazını böyüt
Yazını kiçilt

RBC qəzeti yazır ki, şirkətlərin kadr çatışmazlığı ilə üzləşdiyi Rusiyada Əmək Nazirliyi əlillər arasında məşğulluğu artırmaq üçün yollar axtarır. Qəzet nazirliyin əlilləri gəlir vergisindən azad edəcək və onların quracaqları müəssisələrə dəstək verəcək qanun layihəsi hazırladığını bildirib.

Hafta.az-ın yazdığına görə, statistikaya əsasən, Rusiyada hər 4 əlildən yalnız 1-i məşğulluq bazarının bir hissəsidir.

Əmək Nazirliyinin hazırladığı hesabatda müxtəlif səbəblərdən əlillərin işləmək istəmədiyi, işəgötürənlərin isə əlilləri işə götürməyə maarqlı olmadığı bildirilir.

Nazirliyin hazırlamaq istədiyi yeni konsepsiyanın məqsədi əlilliyi olan vətəndaşların özlərini peşəkar şəkildə həyata keçirmələri üçün lazımi şəraitin yaradılması kimi müəyyən edilib.

2023-cü ilə olan məlumata görə, ölkədə əlillərin sayı təxminən 4,2 milyon nəfərdir. İşləyən hər 10 nəfərdən birinin aylıq gəliri minimum əməkhaqqı 16242 rubla (186 dollar) bərabər və ya ondan aşağıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
1
hafta.az

2Sources