EN

Azərbaycan neftinin bir bareli 90,78 dollara satılır - BİRJALARDA SON QİYMƏTLƏR

Dünya birjalarında neft bahalaşıb.

Korrespondent.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,42 dollar artaraq 86,66 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,36 dollar artaraq 83,17 dollar təşkil edib.

Dünya bazarında Azərbaycan nefti də  bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,72 dollar və ya 0,8 faiz artaraq 90,78 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
157
22
korrespondent.az

10Sources