EN

Vüsal Şıxəliyev: Bu il ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq

Vüsal

Bakı, 3 iyul, AZƏRTAC

Bu il ictimaiyyətə və biznes nümayəndələrinə ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev "Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Sammiti: Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqları" mövzusunda keçirilən tədbirdə bildirib.

O deyib: "Çalışırıq ki, ESG üzrə bütün tərəflərin aktiv iştirakı üçün şərait yaradaq. ESG elementlərinin təşviqi baxımından biznes mühitinin yaxşılaşdırılması əsas prioritet hədəflərin tərkib hissəsini təşkil edir".

 

Chosen
56
2
azertag.az

3Sources