EN

Erməni hərbçi həbs edildi: Bakıya elə məlumatlar ötürüb ki...

Ermənistanda sosial şəbəkələr vasitəsilə Azərbaycana məxfi məlumatlar ötürən 43 yaşlı hərbçi həbs edilib.

Axar.az xəbər verir ki, istintaq müəyyən edib ki, o, 2023-cü ilin yanvarından “Odnoklassniki”də qondarma adla fəaliyyət göstərən “Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi” ilə əlaqə saxlayıb.

“Həmin şəxsin tapşırığı ilə 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayına kimi dövlət sirri təşkil edən məlumatları – silahlar, silahların miqdarı və növləri, döyüş mövqelərinin yerləşdiyi yerlər və s. məlumatları toplayaraq Azərbaycana ötürüb”.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Chosen
144
9
axar.az

10Sources