EN

Vahid tələbə kartı yaradılır - İctimai nəqliyyatda endirimlər ola bilər (ÖZƏL)

Bakı. Trend:

27 iyun tarixində Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafıFondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyalarışirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçünuniversitetlərdə vahid tələbə kartının yaradılması layihəsinintəqdimatı keçirilib. Yeni yaradılacaq tələbə kartlarınıntəhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalanabiləcəyi xüsusi imtiyazlara sahib olacağını qeyd edib.

Bəs vahid tələbə kartı ilə tələbələrə hansı imtiyazlarveriləcək?

Məsələ ilə bağlı Təhsilin İnkişafı FondundanTrend-insorğusuna cavab olaraq bildirilib ki, layihə çərçivəsində yerli vəxarici şirkətlərlə müqavilə imzalanması və tələbələr üçün xüsusigüzəştlərin əldə olunması planlaşdırılır.

"Tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim,promokodlardan yararlana biləcəklər. Bu imkanlar restoran, kafe,geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi vəs. məkanlarda mövcud olacaqdır. Bundan əlavə, kart eyni anda birneçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışıtəmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həmdə tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bankəməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirəbiləcəklər", - deyə bildirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin TəhsildəTəhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədovvahid tələbə kartlarının üstünlüklərini Trend-ə şərh edərkənqeyd edib ki, vahid bir kartdan istifadə olunması, tələbələrinbütün xidmət sahələrində endirimlərdən istifadə eləməsini gətiribçıxaracaq, həmçinin onların öz maliyyə münasibətlərini belə bu kartvasitəsindən həyata keçirə biləcəklər.

Məsələn, tələbələr üçün xüsusi endirimlərin edilməsinə həmictimai nəqliyyatda ola bilər,həmçinin müəyyən dükkanlarda,restoranlarda, xidmət sahələrində imkan verəcək. Bu, dünyanıninkişaf etmiş ölkələrində olan bir təcrübədir.

Nəzərə alsaq ki, bizim 51 alitəhsil müəssisində 190 minə yaxıntələbəmiz var. Bu o, deməkdir ki, tərəbələr arasında vahidplatforma istifadə eləmək imkan yaranacaq , mütəmadi olaraq,tələbələr üçün güzəştlər, kampaniyalar olacaq.

Chosen
112
10
az.trend.az

10Sources