Rövşən Nəcəf AFFA-nı Elxan Məmmədovun kadrlarından təmizləməyə başlayıb.
Federasiyanın yeni prezidenti bu prosesə departamentlərdən başlayıb.
Onun göstərişi ilə Arif Bayramov Marketinq Departamentinin rəisi postundan uzaqlaşdırılıb.
Keçmş icraçı vitse-prezident və baş katibin vaxtında qurumda rəhbər vəzifəyə gətirilmiş A.Bayramovun yerinə artıq təyinat da olub. Bu, ötən ilin yayından etibarən «Neftçi»nin Kommunikasiya Departamentinin rəisi vəzifəsini tutan Aysu İbrahimlidir.
SPORTİNFO.AZ