EN

Niqab taxmaq qadağan edildi

Dağıstanda niqab taxmaq müvəqqəti olaraq qadağan edilib.

Medianews.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Müftiliyi məlumat yayıb.

Sərəncamın ölkədə yeni təhlükələr aradan qaldırılana qədər qüvvədə qalacağı bildirilir.

“Müfti Milli Siyasət və Dini İşlər Nazirliyinin respublika əhalisinin təhlükəsizliyinə mövcud təhlükə barədə məlumat verən müraciətinə istinad edərək və fətva şöbəsinin dünən verdiyi səlahiyyətli rəyə əsaslanaraq, müvəqqəti olaraq elan edir: müəyyən edilmiş təhdidlər aradan qaldırılana qədər niqab taxmağa qadağa qoyulsun”, – Respublika Miftiliyi öz hesabatında bildirir.

Qeyd edək ki, qadağa Dərbənd və Mahaçqalada baş verən terror aktları fonunda irəli sürülüb.

Ayşən

Chosen
128
medianews.az

1Sources