EN

Siyavuş Novruzov və Sevinc Hüseynovanın deputatlığa namizədliyi irəli sürülməyəcək

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək.
Manset.az Report.az-a istinadən xəbər verir ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Qeyd edək ki, S.Novruzov II, III, IV, V və VI çağırış deputatı olub. O, parlamentin Regional məsələlər komitəsinin sədri idi. S.Hüseynova isə IV, V və VI çağırış deputatı olub. O, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Gənclər və idman komitəsinin, Hesablayıcı komissiyasının üzvü idi.

Chosen
88
7
manset.az

10Sources