UEFA Merih Dəmiralın Avstriya matçında qol qeyd etməsinə görə nalayiq davranış iddiası ilə bağlı istintaq başlandığını açıqlayıb.
News24.az xəbər verir ki, milli futbolçu qol vurduqdan sonra boz qurd işarəsi göstərib.
Merih oyundan sonra verdiyi açıqlamada qol qeydindən belə danışıb:
"Türk olduğum üçün qürur duyuram, bunu hər dəfə deyirəm. Ona görə də qolu eyni şəkildə qeyd etdim. Tamamilə normaldır, türk azarkeşlərimiz də bizimlə fəxr edirlər. Ümid edirəm ki, bundan sonra da davam edəcəyik. Heç bir problem yoxdur. Mən sadəcə nə qədər qürurlu və xoşbəxt olduğumu göstərmək istədim".
Günel Məlikzadə