EN

Siyavuş Novruzovdan TƏKZİB: “Namizədliyimi irəli sürə bilərəm”

Xəbər verdiyimiz kimi, VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyəcəyi ilə bağlı məlumat yayılıb. Buna səbəb onun adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsi göstərilib.

Deputat məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, bu xəbərin yayılması təxribatdır:

“Xəbəri yazan şəxs Mərkəzi Seçki Komissiyası ilə Mərkəzi Seçki Qərargahını səhv salıb. Mən namizədliyimi irəli sürə bilərəm, burada problem yoxdur. Üstəlik, hazırda qərargahda kömək edirəm, seçki prosesi ilə məşğuluq. Partiya qərar verəcək, daha sonra qalan məsələləri həll edəcəyik”.

Məhərrəm Əliyev, Bizim.Media

Chosen
48
1
bizim.media

2Sources