UEFA Merih Demiralın Avstriya ilə oyunda nümayiş etdirdiyi qol sevincinə görə araşdırma başladıb.
Faktmedia NTV Spor-a istinadən xəbər verir ki, futbol qurumu Demiralın qolu qeyd edərkən göstərdiyi bu işarənin qadağan olduğunu bildirilib.
Merih Demiralın AVRO-2024-də Avstriya millisinə vurduğu qolu qeyd edən zaman "bozqurd" işarəsini göstərməsi birmənalı qarşılanmayıb.
UEFA-dan futbolçunun qolu qeyd edərkən göstərdiyi bu işarənin qadağan olduğunu bildirilib.
Türkiyə Futbol Federasiyasının futbolçusu Merih Dəmiralın 2024-cü il UEFA Avropa Çempionatının 1/8 final mərhələsi çərçivəsində iyulun 2-də Almaniyanın Leypsiq şəhərində keçirilmiş Avstriya-Türkiyə matçı zamanı qeyri-münasib davranışı ilə bağlı UEFA İntizam Reqlamentinin 31(4) maddəsinə əsasən istintaq başlayıb. Mövzu ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcək”, - deyə UEFA-nın məlumatında qeyd olunub.