EN

Bakıda luks “BMW”siyləpiyadaların yolunu kəsən sürücü - 77-AA-708 - FOTO

Paytaxtın Süleyman Rüstəm küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 3-də səhər saatlarında qeydə alınıb. Fotoşəkildən göründüyü kimi, 77-AA-708 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü piyadalar üçün ayrılmış səkini zəbt edib. Belə ki, o, luks maşınını obyektin önündə park edərək piyadaların yolunu kəsib. Nəticədə vətəndaşlar məcbur qalaraq avtomobillərin intesiv hərəkətdə olduğu yolla gediblər.  

Qeyd edək ki, yeni qəbul olunmuş qərara əsasən, dayanma-durma qaydalarını pozan sürücülər 60 manat məbləğində cərimələnəcək. 

Nərmin

 

FOTO QALEREYA
Chosen
57
avtosfer.az

1Sources