Tbilisi İrəvanla Bakı arasında sərhədlərin müəyyən edilməsi prosesinə başlanılması ilə bağlı tarixi qərarı alqışlayır və sülh prosesinin müsbət dinamikasının qorunub saxlanacağına ümid edir.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Tbilisidə Ararat Mirzoyanla birgə brifinq zamanı bildirib.
“Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasını qəti şəkildə dəstəkləyir və sülhün, sabitliyin qorunması üçün konstruktiv dialoqun təşviqinə töhfə verməyə hazırdır”, - deyə Darçiaşvili bildirib.
Xatırladaq ki, Ermənistan XİN rəhbəri Tbilisiyə rəsmi səfərə gedib. Mirzoyan sonuncu dəfə 2022-ci ilin martında Gürcüstana işgüzar səfər edib.