EN

Əkizlər bürcü haqqında… Əkizlər bürcünün bürclərlə uyğunluğu… Əkizlər bürcü ayrılığı necə yaşayır?

Bürclərin bir-biri ilə uyğunluq səviyyəsi hər zaman, hər kəsin diqqətini çəkir. Bizimyol.info xəbər portalı “Bürclərin uyğunluğu” silsilə yazıları çərçivəsində Əkizlər bürcünün digər bürclərlə uyğunluğu haqqında məqaləni oxucuların diqqətinə çatdırır. Əkizlər üçün ağıl çox vacibdir. Duyğulardan əvvəl məntiqin inkişafına diqqət yetirir. Hər şeyi balansda saxlamağı sevir. Onun dəyişkənliyi sizə əlçatmaz görünə bilər. Bu bürcdən biri ilə birlikdə olacaqsınızsa, onun dəyişikliklərinə hazır olmalısınız. Çox vaxt onlar maraqsız, əlçatmaz və çətin görünürlər. Siz harada səhv etdiyinizi düşünərkən, Əkizlər sizin vəsvəsələrinizi anlamaq belə istəmir. Rutin və aşağı gərginlikli bir əlaqə xəyal edirsinizsə, Əkizlər bürcündən uzaq durmalısınız. Rəngarəng və cəlbedici şəxsiyyətə malikdirlər. Onlar ruhlarının dərinliklərində daima dürüstlük anlayışı ilə mübarizə aparırlar. Əkizlər aldatmağa nifrət edirlər. Onlar ətraf mühitin cansıxıcılığının öhdəsindən gəlməyin yollarını axtarırlar. Əkizlər və Qoç bürc uyğunluğu İlk baxışdan şən, aktiv, dəyişikliyi sevən, yeniliklərdən həzz alan alovlu Qoç insanını bəyənə bilərsiniz. Qoçun inanılmaz sevinci sizi dərhal əhatə edəcək. İstənilən vaxt onunla olmaq, hətta bütün gününüzü onunla keçirmək istəyə bilərsiniz. Ardıcıl yaşadığınız rəngarəng günlərin sonunda ağlınıza gəlir və nə etməli olduğunuzu düşünməyə başlayırsınız. Gələcəklə bağlı planlar qurmaq lazım olanda dərin düşüncələrə dalırsınız. Tərəddüd etməyiniz və qorxmağınız mümkündür. Qoç sizin qədər intellektual və mədəni deyil. Əkizlər sizi tutmaqda israrlıdır. Bu münasibətdə heç bir şey düşündüyünüz kimi inkişaf edə bilməz. Yenə də narahat olmayın. Sevgini unudub, yaxşı dost ola bilərsiniz. Əkizlər və Buğa bürc uyğunluğu Buğa sizin üçün deyil. Emosional, israrlı, inadkar, yenilikləri sevməyən birinin yanında nə işin var? Buğa sizin üçün hər cür fədakarlığı edəcək və sizin rahat olmağınız üçün həyatınızı asanlaşdıracaq yollar təklif edəcək. Onun yanında özünüzü təhlükəsiz və güclü hiss edə bilərsiniz. İstəklərinizi anında yerinə yetirən yaxşı niyyətli Buğa bürcünə “yox” deməkdə çətinlik çəkəcəksiniz. Çünki bunun müqabilində sizin azadlığınızı şərt qoymadan istəyəcək. Əvvəlcə cazibədar olan hər şey sonradan sizi narahat edəcək və siz bütün imkanlarınızı rədd edib, qəzəbli Buğa bürcünü buraxaraq, içində olduğunuz mühitdən uzaqlaşmaq istəyəcəksiniz. Əkizlər və Əkizlər bürc uyğunluğu İstədiyiniz bütün xüsusiyyətlərə malik bir insan qarşınızda dayanır. Əgər həqiqətən sizi müşayiət edəcək həyat yoldaşı axtarırsınızsa, onu seçə bilərsiniz. Ortaq xüsusiyyətləriniz bir-birinizi o qədər tamamlayır ki... Bir-birinizi anlayacaqsınız, hisslərinizi bölüşəcəksiniz, hətta eyni şeyləri düşünərək birlikdə qərar verəcəksiniz. Münasibətləriniz evliliklə nəticələnəcək və siz illər boyu həyat yoldaşı deyil, dost olaraq qalmağı bacaracaqsınız. Övladlarınızla dost ola biləcək əsl ana və ata olacaqsınız. Həyat məqsədləri eyni olan və özünüzə xüsusi həyat qurduğunuz üçün ətrafdakılar sizə həsədlə baxacaqlar. Kiçik inadkarlıq və mübahisələr birlikdə olmağınızın ədviyyatı olacaq. Əkizlər və Xərçəng bürc uyğunluğu Xərçəng tipi sizə ilk baxışdan uzaq görünəcək və çox mübarizə aparacaqsınız. Azadlığının məhdudlaşdırılmasına dözə bilməyən Əkizlər bürcü olaraq, sizi əhatə edən Xərçəngin romantik və isti sevgisi qarşısında gücsüz görünə bilərsiniz. Daim öz istəkləri üçün mübarizə aparan Əkizlər üçün bu, son dərəcə qeyri-adi bir maraqdır. Bu nağıl həmişə belə davam etsə... Bu sevgini kabusa çevrilməmiş ikiniz üçün ən yaxşı yerdə bitirə bilsəydiniz daha yaxşı olardı. Bu münasibətdən ən çox əziyyət çəkən Xərçəng olacaq. Siz də kəpənəklər kimi köhnə həyatınıza uçacaqsınız. Əkizlər və Şir bürc uyğunluğu Şir bürcü ilə qarşılaşdığınız zaman maraqlı vəziyyət yaranacaq. Şir bürcü cazibədarlığı, canlılığı, cəsarəti, iddialılığı və şirin sözləri ilə sizi tez bir zamanda heyran edəcək. Cazibədarlığınız və incə zəkanızla Şir bürcünün başını çevirib aranızda olan hissləri alovlandıra bilərsiniz. Aranızda maraqlı və xoş münasibət başlayıb. İndi bütün gözlər sizin üzərinizdədir. Heç biriniz bu münasibətə son qoymağa hazır deyilsiniz. Bunun lazım olduğu qədər davam etməsini istəsəniz də, özünüzü uzunmüddətli bir əlaqənin və ya hətta evliliyin qucağında tapa bilərsiniz. Nəzakətsiz Əkizlər bürcü olaraq, Şir bürcünün qürurunu incitmədiyiniz təqdirdə bu münasibət ömür boyu davam edəcək. Əkizlər və Qız bürc uyğunluğu Hər ikiniz Merkuri insanı olduğunuz üçün görüşdüyünüz an bir-birinizin zəkasına heyran ola bilərsiniz. Qız bürcünün maddi şeylərə aludə olması sizi narahat edəcək. Onun vasvası hesablamaları və təfərrüatlara ciddi diqqət yetirməsi həyatınızı çətinləşdirəcək və üstəlik, sizi qəzəbləndirəcək. Qaçmaq şansınız olmadığı üçün bir-birinizi sığınacaq kimi seçməli və paylaşmaq hissini öyrənməlisiniz. Bir-birinizlə mübarizə aparmaq əvəzinə yola getməyə çalışdığınız zaman çox şey qazandığınızı görəcəksiniz. Birlikdə iş ortaqlığı qura və birliyinizi gücləndirə bilərsiniz. Əkizlər və Tərəzi bürc uyğunluğu Astrologiyanın etiraz etməyəcəyi nadir əlaqələrdən biri sizi gözləyir. Tərəzi və Əkizlərin hava harmoniyasını heç vaxt bu qədər yaxından hiss etməmisiniz. Rəqs edirmiş kimi yaşadıqları bu sevgi hər kəsi qısqandıracaq. Bu münasibətlə həm özlərinə, həm də ətraflarına xoş gözəlliklər qazandıracaqlar. Tərəzilər sizə paxıllıq etməyəcək və sizi azad edəcəklər. Axtardığınız estetika və gözəllik, artıq sizə həddiyyə kimi mövcuddur. Heç nə yetərsiz deyil və sorğu-sual etmədən bu münasibətə davam edə bilərsiniz. Çoxyönlü şəxsiyyətiniz Tərəzi ilə daha da zənginlik qazanacaq. Dəyişkənliyiniz və onun şıltaqlığı eyni vaxtda üst-üstə düşmədikcə, aranızda heç bir böyük problem olmayacaq. Sevginizin dəyərini qorumalısınız. Əkizlər və Əqrəb bürc uyğunluğu Həyatınızda hər şeyə yer var, amma Əqrəbə "yox" deyə bilərik. Hansı nöqtədə bir araya gələcəyinizi təxmin etmək demək olar ki, mümkün deyil. Əqrəbin sizin azadlığınıza reaksiyasını düşünmək belə istəmirik. Aranızda fiziki cazibə ola bilər. Çünki Əqrəbin qarşısıalınmaz cazibəsinə qarşı durmaq qeyri-mümkündür. Müharibələr, ittihamlar və gözyaşları arasında müzakirələr davam edəcək. Siz qaçacaqsınız, amma Əqrəb sizin arxanızca gəlməyəcək. Bu əlaqəni kəsməkdə fayda var. İnanın ki, rahatlaşacaqsınız. Əkizlər və Oxatan bürc uyğunluğu Burada xoş və ləzzətli bir əlaqə var. Siz əks bürcünüz Oxatan ilə inanılmaz tempi saxlayacaq və bu ritmin pozulmasına imkan verməyəcəksiniz. Yalnız siz bir-birinizin dilini başa düşə bilərsiniz. Saatlarla söhbət edir, eyni zövqləri paylaşır və birlikdə səyahət edirsiniz. Oxatan bürcünün fəlsəfi yanaşmaları sizi valeh edəcək və inandıracaq. Hər şeyin inanılmaz və xüsusi inkişaf etdiyi bu birlik üçün pis gözlərdən çəkinməkdən başqa heç bir işiniz yoxdur. Ümid edirik ki, bu sevgi heç vaxt qırılmaz. Əkizlər və Oğlaq bürc uyğunluğu Oğlaq bürcü sizi çox itələyəcək. O, mühafizəkar insandır. Onun ənənəvi quruluşu sizin innovativ tərəfinizlə ziddiyyət təşkil edə bilər. Əkizlər bürcü olaraq gündən-günə həyatdan zövq alırsınız. Ağıllı və ziyalı insanları sevirsiniz, zarafatcıl insanlara da pərəstişkarlıq edirsiniz. Oğlaq bürcü isə sizə əks bir mənzərə təqdim edir. Sizin üstün cəhətləriniz onun diqqətini çəkir və sizə yaxın olmaq üçün planlar qurur. Sirli və fikirlərini gizlədən Oğlaq bürcünə dözmək sizin üçün çox çətindir. Əgər siz onu həqiqətən bəyənirsinizsə və hər şeyə rəğmən münasibətinizin davam etməsini istəyirsinizsə, o zaman bu münasibətə ayırmaq üçün boş vaxtınız var. Əkizlər və Dolça bürc uyğunluğu Bu maraqlı, rəngarəng və tamamlayıcı birləşmədir. Dolça bürcləri sizə başqalarından çox fərqli görünəcəklər. Hər mövzunu asanlıqla anlayacaq, şən və cazibədar şəxsiyyəti ilə sizi əyləndirəcək. Sizi maraqlandıracaq və bilmədiyiniz bir dünyanın qapılarını açacaq. Digər tərəfdən, qarşılıq vermək və üstün xüsusiyyətlərinizi nümayiş etdirmək lazımdır. Dolça bürcü, özünü idarə edə bilən və bu intellektual əlaqəyə bütün qəlbi ilə "hə" deyən Əkizlər bürcü ilə qarşılaşdıqda, inanın ki, Dolça bürcü sizdən çox özünü düşünəcək. O, indiyədək belə bənzərsiz bir insanla qarşılaşmayıb və bu gözəl fürsəti əldən vermək istəməyəcək. Bu gözəl münasibətin düsturunu pozmayın və bütün gücünüzlə münasibətinizi qoruyun. İnanın, hər şeyə dəyər. Əkizlər və Balıqlar bürc uyğunluğu Qarşınızda çətin bir münasibət var. Ağıllı, ağlı ilə hər şeyi ölçüb-biçən Əkizlər bürcünə duyğuların sözçüsü olan Balıqlar nə edə bilər? Balıqlar bürcünün sonsuz emosiya selinə və qısqanclığına qarşı heç nə edə bilməzsiniz. Balıqlar heç vaxt diqqətinizi yayındıra bilməz. Siz həyat problemlərini həll edərkən, Balıqlar sizə xəyallarını danışmağa çalışır və siz də heç vaxt onu dinləmirsiniz. O da inciyir və öz dünyasına çəkilir. Bu əlaqə çox qısa vaxtda təhlükə siqnalları verir. Nəticədə bu sevgi də yaddaşlarda qalır. Əkizlər bürcü ayrılığı necə yaşayır? Aktiv və sevməyə hazır təbiətinizlə həyatı qucaqlayır və ayrılıqlarınızda belə, enerjinizi fərqli şəkildə əks etdirirsiniz. Ayrılıqlara münasibətiniz hər kəsi təəccübləndirir. Bir gün dərdini unudursan, o biri gün dərdin birdən alovlanır. Yalnız hiss edəcəyinizi düşündüyünüz cəhənnəm böhranını yaşamamaq üçün hər şeyi edə bilərsiniz. Siz o qədər şanslısınız ki, ətrafınızdakı bir çox dostunuz sizə təsəlli vermək üçün köməyinizə gəlir. Davranışınızı başa düşməsələr də, sizi o qədər sevirlər ki… İlahin, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
bizimyol.info

1Sources