EN

NATO ölkələri uzun illər Ukraynaya dəstəyin əleyhinədir

NATO ölkələri Ukraynaya hərbi yardım səyləri ilə bağlı çoxillik öhdəliklər barədə razılığa gələ bilməyiblər.

 

Oxu24.com xəbər verir ki,bu barədə DPA agentliyi Qərb dövlətlərinin nümayəndə heyətlərindəki mənbələrə istinadən məlumat yayıb.


Onların məlumatına görə, alyans üzvləri yalnız 2025-ci ilə qədər Kiyevə 40 milyard avro yardım ayrılması barədə razılığa gələ biliblər.

 

Agentlik bəyan edib ki, NATO-nun baş katibi Yens Stoltenberq alyans tərəfdaşlarını Ukraynaya uzunmüddətli hərbi dəstək verməyə inandırmaq səylərində “uğursuzluq” qazanıb.

 

Agentlik qeyd edir ki, NATO üzvləri, həmçinin, hər bir ölkənin təxminən 40 milyard avro məbləğində yardım paketinə hansı xüsusi pay verəcəyi barədə razılığa gələ bilməyiblər.

 

Əvvəlcə Stoltenberq ümid edirdi ki, NATO üzvləri Vaşinqtonda (9-11 iyul) sammitə qədər çoxillik maliyyə öhdəlikləri barədə razılığa gələcəklər.

 

Miri

 

Chosen
73
20
oxu24.com

10Sources