EN

“Bakı və İrəvanı silahlanma yarışına təhrik edirlər” – Rusiya XİN-dən mesajlar

“Rusiya Xarici İşlər Nazirliyi İrəvan və Bakının Cənubi Qafqazda yeni bölücü xətlərin yaranması təhlükəsini başa düşməsini gözləyir”.

“AzPolitika” xəbər verir ki, belə bir açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin müavini Andrey Nastasin keçirdiyi brifinqdə bildirib.

“Ermənistana silah-sursat göndərilir, onlar öz müdafiə sektorunu bərpa etməyə çalışırlar. Eyni zamanda NATO emissarları da Bakıya səfərlər edirlər. Bu, iki respublika arasında gərginliyi artırır, Ermənistan-Azərbaycan dialoquna heç bir töhfə vermir və regionda silahlanma yarışını təhrik edir”, - Nastasin vurğulayıb.

Nastasin Moskvanın mövqeyini bir daha təkrarlayıb ki, 2020 və 2022-ci illərdə imzalanmış üçün üçtərəfli sazişlər toplusu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün universal əsas olaraq qalır. Rusiya XİN əmindir ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində region ölkələrinin özləri təmin edə bilər və təmin etməlidir.

“Avroatlantiklərin regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan reseptlərinin tətbiqi Cənubi Qafqazda yeni bölgü xətlərinin yaranmasına gətirib çıxarır və dağıdıcı nəticələrə səbəb olacaq. Ümid edirik ki, Avrasiyanın təhlükəsizliyi üçün Bakı və İrəvan bunu yaxşı başa düşür”, - Nastasin bildirib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources