EN

NATO ölkələri Ukraynaya çoxillik yardımla bağlı razılığa gələ bilmədi

NATO ölkələri Ukraynaya hərbi yardım göstərməklə bağlı çoxillik öhdəliklər barədə razılığa gələ bilməyiblər.

Azpost.info xəbər verir ki, DPA-ya vəziyyətlə tanış olan mənbələr bildiriblər.

“NATO Baş katibi Yens Stoltenberq müttəfiqlərini Ukraynanı dəstəkləmək üçün çoxillik maliyyə öhdəlikləri götürməyə razı sala bilmədi”, – agentliyin məlumatında deyilir.

“Bloomberg”in verdiyi məlumata görə, Stoltenberq Ukraynaya hərbi və digər yardımlara ildə ən azı 40 milyard avro (43 milyard dollar) xərcləməyi təklif edib. Eyni zamanda, NATO bu maliyyələşdirmə proqramını iyulun əvvəlində Alyans liderlərinin sammitində təsdiq edilməli olan Ukraynaya yardım paketinə daxil edəcəyini gözləyirdi.

Azpost.info

Chosen
164
azpost.info

1Sources