EN

Zelenskidən Trampa: " Ukraynanın müstəqilliyi üçün risklər varsa,..."

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampa müraciət edib. 

Bakıvaxtı.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Zelenski Trampa çağırış edərək Ukraynadakı müharibəyə qısa zamanda son qoyulması ilə bağlı planını açıqlamasını istəyib.

"Əgər Tramp müharibəni necə bitirəcəyini bilirsə, bunu bizə deməlidir. Ukraynanın müstəqilliyi üçün risklər varsa, buna hazır olmalıyıq", - deyə Zelenski bildirib.

Qeyd edək ki, ABŞ-nin hazırkı prezidenti Co Baydenlə teledebat zamanı Tramp seçkidə qalib gələrsə, andiçmə mərasiminə qədər Ukraynada hərbi əməliyyatlara son qoyacağını açıqlayıb. O, qeyd edib ki, Vaşinqton bu münaqişəyə pul xərcləməməlidir.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
bakivaxti.az

1Sources