EN

4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Sosial şəbəkə və xəbər portallarında Bakıda ana dörd uşağını küçəyə atması ilə bağlı məlumat dərhal aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülərək araşdırılıb.

APA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, qadının kimliyi müəyyən olunub.

"Öncə uşaqlar müayinə və müalicə üçün xəstəxanaya yerləşdiriliblər.Qadın isə ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılıb.Onun övladlarından imtina etməsinin səbəbləri araşdırılır".

Chosen
110
13
apa.az

10Sources