EN

Xüsusilə ABŞ və Fransaya mesajlar veriləcək ki... - AÇIQLAMA

“Zirvə görüşündə təbii ki, prioritet məsələ türkdilli dövlətlər arasında inteqrasiya, əməkdaşlıq olacaqdır. Artıq bir çox türkdilli dövlətlərin ortaq idealı var ki, türkdilli dövlətlərdən ibarət NATO-ya bənzər bir qurum formalaşsın. Burada əsas məqsəd Türk Dövlətləri Təşkilatının NATO səviyyəsinə gətirməkdir. Uzaq gələcəkdə Türk Dövlətləri Təşkilatı o qədər böyük bir gücə çevrilə bilər ki, artıq Türkiyənin heç NATO-da olmasına ehtiyac qalmaz. Türkdilli dövlətlərin bəzilərinin hansı ki, bu gün onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar, gələcəkdə təşkilatdan da çıxa bilərlər”.

Bunu AzNews.az-a açıqlamasında “Report” İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

O bildirib ki, əsas məqsəd Türk Dövlətləri Təşkilatını inkişaf etdirmək və güclü böyük bir təşkilata çevirməkdir.

“Dünyaya verilən əsas mesajlar da şübhəsiz ki, bu məzmunda olacaq. Həm Qərbin, həm də Şərqin diqqətinə çatdırılacaq ki, Türk Dövlətləri Təşkilatı və onun üzvləri bu gün dünya miqyasında öz sözünü deyə bilən hərbi-siyasi aktorlardır. Zirvə görüşünün Şuşada keçirilməsi özü elə o deməkdir ki, Qarabağla, Cənubi Qafqazla bağlı Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması, həmçinin bu prosesə mane olmaq istəyən kənar güclərə də mesajlar veriləcək. Xüsusilə ABŞ və Fransaya mesajlar veriləcək ki, Türk Dövlətləri Təşkilatı həmişə olduğu kimi Azərbaycanın yanındadır. Türk Dövlətləri Təşkilatında təmsil olunan digər dövlətlərin suveren hüquqları,müstəqilliklərinin xarici təsirlərdən sığortalanmaları ilə bağlı da mesajlar verilə bilər”.

Chosen
62
aznews.az

1Sources