EN

Çin Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsini və BRICS-də iştirakını dəstəkləyir

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun yüksəldilməsini dəstəkləyir.

“Operativ Media” xəbər verir ki, bu, iyulun 3-də ŞƏT-in Astanada keçirilən sammiti çərçivəsində qəbul edilmiş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.

“Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır və Azərbaycanın ŞƏT-də hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır”, - bəyənnamə mətnində qeyd edilib.

Chosen
196
5
operativmedia.az

10Sources