EN

"Tbilisi və İrəvan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir" - Gürcüstan XİN rəhbəri

"Tbilisi və Yerevan bir-birinin ərazi bütövlüyünü və suverenliyini böyük dəstəkləyir və hörmətlə yanaşır".

BiG.AZ xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.

Gürcüstanın xarici işlər naziri qeyd edib ki, İrəvan və Tbilisi arasında çoxəsrlik tarixə malik xüsusi dostluq və qonşuluq münasibətləri mövcuddur. Darçiaşvili əmin olduğunu bildirib ki, Mirzoyanın Gürcüstana səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək.

"Qeyd etmək lazımdır ki, strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamənin imzalanması ilə ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu yeni mərhələ bizim çoxtərəfli əməkdaşlığımızda dönüş nöqtəsi oldu", - İliya Darçiaşvili bildirib.

Gürcüstanın xarici işlər naziri BMT Baş Assambleyasının qəbul etdiyi və bütün məcburi köçkünlərin və qaçqınların Abxaziya və Cənubi Osetiyaya qayıtmaq hüququnu təsdiq edən qətnamənin lehinə səs verdiyinə görə erməni həmkarına təşəkkür edib.

Darçiaşvili əlavə edib ki, Ermənistan Gürcüstanın ilk on ticarət tərəfdaşı sırasındadır və turizm baxımından ilk üçlükdə yer alır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
big.az

1Sources