EN

Rusiyalı milyarder sanksiyaların vurduğu ziyandan danışdı: “çətin bərpa yolu gözləyir”

“Ukrayna ilə müharibə başlayandan sonra Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar total xarakter alıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı milyarder Oleq Deripaska deyib.

Əvvəllər Rusiyanın ən varlı adamı olan, indi isə ABŞ və Böyük Britaniyanın sanksiya siyahısında yer alan Deripaskanın fikrincə, iqtisadiyyatı yeni şəraitdə inkişaf etdirmək üçün yeni bazarlar axtarmaq lazımdır, təkcə Çin kifayət etmir:

“Malayziyaya, İndoneziyaya, bütün Cənub-Şərqi Asiyaya, Afrikaya getməliyik”, – deyə Deripaska qeyd edib.

O, xəbərdarlıq edib ki, Rusiya iqtisadiyyatını qarşıda çətin uyğunlaşma və bərpa yolu gözləyir:

“Bu, ən azı 12 il çəkəcək. Xarici investorların Rusiyaya gəlməsi üçün şərait yaratmaq lazımdır”, – deyə Deripaska əlavə edib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
konkret.az

1Sources