EN

Yığmanı müvəqqəti tərk etdi - AÇ-nin AYRILIĞI

Kinqsli Koman Fransa yığmasından ayrılıb.

Amma o, komandanın düşərgəsini müvəqqəti tərk edib. “Bavariya”nın yarımmüdafiəçisi Almaniyadan İsveçə yollanıb. Səbəb sevindiricidi: Kinqsli övlad dünyaya gətirəcəyi gözlənilən həyat yoldaşının yanında olmaq istəyib. Maraq üçün qeyd edək ki, Koman ailəsində 4-cü uşağın doğulması gözlənilir. 28 yaşlı futbolçunun tezliklə milli komandaya qoşulacağı xəbər verilib.

Kinqsli Almaniyada keçirilən qitə çempionatının qrup mərhələsində yalnız bir dəfə - Niderland ilə qolsuz nəticələnən oyunda meydana çıxıb.

Chosen
92
football-plus.az

1Sources