EN

Türkiyə İraqın şimalındakı mövqelərə qarşı hava hücumu təşkil edib

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Metina, Gara, Hakurk, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi 37 hədəfin hava əməliyyatları ilə məhv edildiyini bildirib.

APA xəbər verir ki, Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən hava əməliyyatında aralarında məsul terrorçuların da olduğu mağara, bunker, sığınacaq, anbar və separatçı terror təşkilatının istifadə etdiyi obyektlərdən ibarət 37 hədəfin məhv edildiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada hava hücumunun özünümüdafiə hərəkatı çərçivəsində həyata keçirildiyi və hücum nəticəsində PKK/KCK və digər terror qruplaşmaları üzvlərinin məhv edildiyi bildirilir.

Chosen
57
5
apa.az

10Sources