EN

Hava limanının əməkdaşı ilə mübahisə edən deoutat partiyadan qovuldu

Yunanıstanın hakim Yeni Demokratiya Partiyasından olan millət vəkili Lefteris Avgenakis hava limanında bir zabitlə mübahisə etdiyi üçün partiyadan uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, deputat partiyadan Yunanıstanın baş naziri və Yeni Demokratiya Partiyasının lideri Kiryakos Mitsotakisin qərarı ilə xaric edilib.

Sosial şəbəkələrdə yayılan videoda Avgenakis hava limanında bir zabitlə mübahisə etdiyi və onu itələdiyi görülüb.

Daha əvvəl Yeni Demokratiya hökumətində idman naziri, kənd təsərrüfatının inkişafı və qida naziri vəzifələrində çalışmış Avgenakis müstəqil deputat kimi parlamentdəki vəzifəsini davam etdirəcəyini açıqlayıb.


Müəllif: Arzu
Chosen
91
1
teleqraf.com

2Sources