EN

Türkiyə İraqın şimalında əməliyyat keçirib

Türkiyə İraqın şimalındakı Metina, Gara, Hakurk, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi 37 hədəfi hava əməliyyatları ilə məhv edib.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İraqın şimalında həyata keçirilən hava əməliyyatları zamanı içində məsul şəxslərin də olduğu mağara, bunker, sığınacaq, anbar və separatçı terror təşkilatının istifadə etdiyi obyektlərdən ibarət hədəflər məhv edilib",  -  nazirliyin açıqlamasında deyilir. 

Açıqlamada həmçinin bildirilib ki,  hava hücumunun özünümüdafiə hərəkatı çərçivəsində həyata keçirilib və hücum nəticəsində PKK/KCK və digər terror qruplaşmaları üzvləri məhv edilib. 









www.anews.az
Chosen
52
1
anews.az

10Sources