EN

"Manatlıq" taksilərin qiyməti BAHALAŞDI: Onların aqibəti necə olacaq? - VİDEO

"Manatlıq" taksilərin qiyməti BAHALAŞDI: Onların aqibəti necə olacaq? - VİDEO

Taksilərlə bağlı yeni qərarın qüvvəyə minməsi ilə "manatlıq taksi" adlandırılan xidmət indidən 2 və 3 manatlıq taksilər adlandırıla bilər. Deyilənə görə artıq 1 manata heç kim sərnişin qəbul etmir. Artıq bir neçə gündür ki, manatlıq taksilərin sürücüləri gediş haqqını qaldırıb. Sərnişinlər isə qiymət artımından narazılıq edir.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı sürücülər "ATV Xəbər"ə açıqlama verib:

"Təlabat hər zaman və müştəri həmişə olub. Artıq 2-3 manata sərnişin qəbul edənlər var. Camaat artıq kredit götürüb və maşın alır".

Sərnişinlər 1 manata gedilən yolun 2 manata qədər artdığını bildirir. Qiymətlərdə fantastik artımların olduğu deyilib.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlanılıb.

Ətraflı "ATV Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
sonxeber.az

1Sources