Türkiyənin İzmir, Rize, İstanbul, Tokat və Koceli şəhərlərində İŞİD terror qruplaşmasına qarşı eyni vaxtda beş əməliyyat keçirilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində 30 şübhəlidən 29-u saxlanılıb.
Saxlanılardan 18-si isə məhkəmənin qərarı ilə həbs olunub.
Ünvanlarda həyata keçirilən axtarış tədbirləri nəticəsində 36 kitab, 3 qeyd dəftəri, 1 tapanca, 1 ov tüfəngi və çoxlu sayda elektronik vasitə ələ keçirilib.